Nigeriyada yol qəzası baş verib, xeyli sayda ölən var

Nigeriyada yol qəzası baş verib, xeyli sayda ölən var Nigeriyanın orta-qərb bölgəsindəki Kvara ştatının Basita şəhərindən keçən magistral yolda ötən gün axşam içərisində 18 nəfər olan “Toyota Hiace” mikroavtobusu ilə konteyner daşıyan “DAF” yük maşını toqquşub.
Digər ölkələr
23 Avqust , 2019 14:40
Nigeriyada yol qəzası baş verib, xeyli sayda ölən var

Nigeriyanın orta-qərb bölgəsindəki Kvara ştatının Basita şəhərindən keçən magistral yolda ötən gün axşam içərisində 18 nəfər olan “Toyota Hiace” mikroavtobusu ilə konteyner daşıyan “DAF” yük maşını toqquşub. 

“Report” NAN-a istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki sürücü daxil olmaqla 17 nəfər ölüb, yük maşınında olan 2 nəfər ciddi xəsarət alıb.

Federal Yollar Təhlükəsizliyi Korpusundan verilən məlumata görə, qəzaya səbəb qarşı-qarşıya gələn iki nəqliyyat vasitəsinin kəskin viraja sürət həddini aşaraq girmələri olub.

Son xəbərlər

Orphus sistemi