Nigeriyada silahlılar 10 xüsusi təyinatlını öldürüb

Nigeriyada silahlılar 10 xüsusi təyinatlını öldürüb Yaraqlılar silahlarla dolu iki yük maşınını ələ keçirib
Digər ölkələr
4 Sentyabr , 2020 13:07
Nigeriyada silahlılar 10 xüsusi təyinatlını öldürüb

Nigeriyada “Boko Haram” terror qruplaşmasının silahlıları azı 10 hərbçini öldürüb.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Vanqard” qəzeti yazıb.

“10 xüsusi təyinatlını itirdik, yaraqlılar bizi qəfildən yaxaladı”, - hərbi mənbə bildirib.

Qeyd olunur ki, Borno ştatında Qarin Qiva qəsəbəsi yaxınlığında “Boko Haram” terrorçuları ilə döyüş, təxminən, yarım saat davam edib. Yaraqlılar silahlarla dolu iki yük maşınını ələ keçirib. Yaralılar xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi