Bakı. 16 mart. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən Mayduquri şəhərindəki məscidin yaxınlığında iki terrorçu-kamikadzenin intiharı nəticəsində azı 22 nəfər həyatını itirib, 235 nəfər isə yaralanıb.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməsə də, Nigeriya hakimiyyəti terror hadisəsini "Boko Haram" terrorçu qruplaşmasının törətdiyini açıqlayıb.