Nigeriyada arxeoloji qazıntı aparan alman alimlər oğurlanıb

Nigeriyada arxeoloji qazıntı aparan alman alimlər oğurlanıb Onlardan biri Frankfurt Universitetinin arxeoloqlar qrupunun rəhbəridir
Digər ölkələr
23 Fevral , 2017 02:58
Nigeriyada arxeoloji qazıntı aparan alman alimlər oğurlanıb

Bakı. 23 fevral. REPORT.AZ/ Nigeriyanın Kaduna ştatında naməlum silahlı şəxslər Almaniyadan olan arxeoloq və onun həmkarını oğurlayıblar.

"Report" xəbər verir ki, yerli polis nümayəndəsinin sözlərinə görə, təhlükəsizlik qüvvələri və yerli sakinlər oğurlanan şəxslərin xilas edilməsi üzrə əməliyyata başlayıblar.

Oğurlanmış alim Frankfurt Universitetinin arxeoloqlar qrupunun rəhbəridir. Canilər tədqiqatda iştirak edən iki qadın arxeoloqa dəyməyiblər.

Son xəbərlər

Orphus sistemi