​Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 6 mini ötüb

​Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 6 mini ötüb Təbii fəlakət nəticəsində yaralananların sayı 13 min 932 nəfərə çatıb
Digər ölkələr
1 May , 2015 10:03
​Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 6 mini ötüb

Bakı. 1 may. REPORT.AZ/ Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 6204 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu haqda "France-Press" agentliyi məlumat yayıb. Fövqəladə hallar üzrə yerli mərkəz bildirib ki, təbii fəlakət nəticəsində yaralananların sayı 13 min 932 nəfərdir. 

Xatırladaq ki, aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ baş verib. Bu son 80 ilin ən güclü yeraltı təkanı sayılır. 

Son xəbərlər

Orphus sistemi