NATO Rusiya sərhədlərinə 4 min hərbçi göndərəcək

NATO Rusiya sərhədlərinə 4 min hərbçi göndərəcək ABŞ iki batalyon, Almaniya və Böyük Britaniya isə bir batalyon göndərəcək
Digər ölkələr
30 Aprel , 2016 09:50
NATO Rusiya sərhədlərinə 4 min hərbçi göndərəcək

Bakı. 30 aprel. REPORT.AZ/ NATO Rusiya ilə sərhədlərin möhkəmləndirilməsi üzrə səylər çərçivəsində Polşa və Baltika ölkələrində  dörd batalyon və ya 4 min hərbçi yerləşdirmək niyyətindədir.   

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

Səbəb kimi Moskvanın Latviya, Litva və Estoniya ətrafında hərbi fəaliyyətinin artırılması göstərilib. Hərbi qulluqçular Rusiyanın hərəkətlərini "təxribat" adlandırır. Onlar, həmçinin Rusiya hərbi təyyarələrinin "təhlükəli yaxınlaşma" hallarının artmasını qeyd edirlər. 

Gözlənilir ki, ABŞ iki batalyon, Almaniya və Böyük Britaniya isə bir batalyon göndərəcək.

Son xəbərlər

Orphus sistemi