Mosulda İŞİD liderinə qarşı "üsyan" olub

Mosulda İŞİD liderinə qarşı "üsyan" olub Əl-Bağdadi Suriyanın Rakka şəhərinə qaçıb, həyat yoldaşı isə Mosulda "üsyançı polis" tərəfindən həbs olunub
Digər ölkələr
17 Oktyabr , 2016 15:34
Mosulda İŞİD liderinə qarşı üsyan olub

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Mosuldakı "İslam polisi" terrorçu İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadiyə qarşı "üsyan" edib"

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "As-Sumariyya" telekanalı məlumat yayıb.

İraqın Naynava əyələtindən verilən məlumata görə, "İŞİD liderinə qarşı çevriliş"in başında Mosul sakini Əbu Osman durur.

Mosul hazırda xaotik vəziyyətdədir və terrorçular arasında döyüş hallarına rast gəlinir. "Üsyançılar" Mosulda əl-Bağdadi hakimiyyətinin başa çatdığını bəyan ediblər.

Xəbərdə bildirilib ki, Mosulla bağlı əməliyyatlar başlayandan sonra əl-Bağdadi Suriyanın Rakka şəhərinə qaçıb, həyat yoldaşı isə Mosulda "üsyançı polis" tərəfindən həbs olunub. 

Son xəbərlər

Orphus sistemi