Mişel Barnye: "Aİ ilə Britaniya arasında saziş imzalanması ağlabatan deyil"

Mişel Barnye: "Aİ ilə Britaniya arasında saziş imzalanması ağlabatan deyil" Böyük Britaniya Avropa İttifaqı üzvlüyündən çıxmasından sonra təşkilatla ikitərəfli münasibətlərə dair sazişə dair danışıqlarda hər hansı gözədəyən irəliləmə yoxdur.
Digər ölkələr
21 Avqust , 2020 19:31
Mişel Barnye: Aİ ilə Britaniya arasında saziş imzalanması ağlabatan deyil

"Böyük Britaniya Avropa İttifaqı üzvlüyündən çıxmasından sonra təşkilatla ikitərəfli münasibətlərə dair sazişə dair danışıqlarda hər hansı gözədəyən irəliləmə yoxdur".

“Report” “Express”ə istinadən xəbər verir ki, bu barədə sözügedən danışıqlarda Aİ nümayəndə heyətinin təhbəri Mişel Barnye bildirib.

Onun fikrincə, sazişin dekabr ayınadək imzalanmasını təmin etmək üçün danışıqları yay ərzində sürətləndirməyə dair baş nazir Boris Consonun iyun ayında verdiyi vədə baxmayaraq Birləşmiş Krallığın nümayəndə heyəti Aİ-nin öncüllüklərini mənimsəməyə hazır olmadıqlarını büruzə verir.

“Hazırkı mərhələdə BK ilə Avropa İttifaqı arasında sazişin imzalanması qeyri-mümkün görünür. Mən sadəcə dəyərli vaxtımızı niyə boş-boşuna sərf etdiyimizi başa düşmürəm”, - fransalı diplomat fikrini ifadə edib.

Son xəbərlər

Orphus sistemi