Meksikada koronavirus xəstələrinin sayı 275 mini ötdü

Meksikada koronavirus xəstələrinin sayı 275 mini ötdü Meksikada ötən sutka koronavirusa 6&995 yoluxma qeydə alınıb.
Digər ölkələr
9 İyul , 2020 06:19
Meksikada koronavirus xəstələrinin sayı 275 mini ötdü

Meksikada ötən sutka koronavirusa 6 995 yoluxma qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, bununla da Şimali Amerika ölkəsində COVID-19-a yoluxma hallarının sayı 275 003-ə çatıb.

Qeyd edilir ki, ölkədə ümumilikdə 32 796 nəfər pandemiyanın qurbanı olub. Son sutkada daha 782 nəfər koronavirusdan ölüb.

Hazırda ölkədə 74 412 nəfər aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi