Meksikada son sutkada koronavirus infeksiyasına yoluxma halları 3 805 nəfər artıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin baş epidemioloqu Xose Luis Alomia öz açıqlamasında deyib.
Onun sözlərinə görə, ötən gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 473 nəfər vəfat edib.
Qeyd olunub ki, hazırkı dövrədək ölkədə ümumilikdə 220 657nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 121 nəfəri vəfat edib.