Kuala-Lumpur aeroportunda sərnişin qəbulunda problem yaranıb

Kuala-Lumpur aeroportunda sərnişin qəbulunda problem yaranıb Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinin iri hava limanı sərnişinlərə elektron qeydiyyat sisteminin sıradan çıxması səbəbindən uçuşdan 4 saat əvvəl gəlməyi tövsiyə edir.
Digər ölkələr
23 Avqust , 2019 06:56
Kuala-Lumpur aeroportunda sərnişin qəbulunda problem yaranıb

Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinin iri hava limanı sərnişinlərə elektron qeydiyyat sisteminin sıradan çıxması səbəbindən uçuşdan 4 saat əvvəl gəlməyi tövsiyə edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanı rəhbərliyinin cümə günü yaydığı məlumatda bildirilir.

"İki terminaldan uçanlar hava limanına əvvəlcədən gəlməli, həmçinin uçuşlara aviaşirkətlərin veb saytları və ya mobil tətbiqetmələri vasitəsilə qeydiyyata düşməyə çalışmalıdırlar", - deyə məlumatda qeyd olunur.

Bilinməyən səbəbə görə, cümə axşamına keçən gecə aeroportun idarəetmə sisteminin işində problem yaranıb. Bu da sərnişinlərin qeydiyyata alınması (check-in counter) və baqajların təhvil verilməsi sisteminin, məlumat lövhələrinin sıradan çıxmasına gətirib çıxarıb, simsiz məlumat ötürülməsi dayanıb, bir çox mağaza və kafelər ödəniş üçün bank kartlarının qəbulunu dayandırıb.

Yaranmış nasazlıq bir neçə reyslərdə öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi