Koronavirusun yayılma sürəti nisbətən səngiyib

Koronavirusun yayılma sürəti nisbətən səngiyib Son 7 gündə dünyada COVID-19 vurusuna təsdiqləmçiş yoluxma halları 1,8 milyon artıb. Bu da iyul ayının axırından etibarən həftəlik miqdarın bir səviyyədə olduğunu göstərir.
Digər ölkələr
28 Avqust , 2020 20:40
Koronavirusun yayılma sürəti nisbətən səngiyib

Son 7 gündə dünyada COVID-19 virusuna təsdiqlənmiş yoluxma halları 1,8 milyon artıb. Bu da iyul ayının axırından etibarən həftəlik miqdarın bir səviyyədə olduğunu göstərir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, pandemiyanın ilk günlərinə nisbətən həftəlik yoluxma miqdarı minimum hədd olan 7,5 faizədək geriləyib.

Bütövlükdə indiyədək dünyada yoluxanların sayı 24,5 milyon, yəni dünya əhalisinin 0,3 faizindən artıqdır. Son həftə sağalanlar 1,45 milyon artaraq 16 milyona, yəni yoluxanların 65,4 faizinə çatıb.

Koronavirusdan ölənlərin xüsusi çəkisi də 3,4 faizədək azalaraq minimum həddə geriləyib. Belə ki, son 7 gündə daha 38 minə yaxın xəstə dünyasını dəyişməklə ölənlərin sayı 832 minə çatıb.

Son xəbərlər

Orphus sistemi