Koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB

Koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB Çində koronavirusdan ölənlərin sayı artaraq 2 236 nəfərə çatıb.
Digər ölkələr
21 Fevral , 2020 05:34
Koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB

Çində koronavirusdan ölənlərin sayı artaraq 2 236 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə bildirib ki, daha 18 264 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Məlumata görə, gün ərzində 118 ölüm hadisəsi baş verib, 2 109 nəfər xəstəxanalardan evə buraxılıb.

Çində koronavirusa yoluxanların ümumi sayı gün ərzində 1,6 min nəfər artaraq 75,4 min nəfərə çatıb. 


***03:34

Çinin mərkəzi hissəsindəki Xubey əyalətində koronavirus qurbanlarının sayı artmaqda davam edir.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Regionun Gigiyena və Səhiyyə məsələləri üzrə Komitəsinin məlumatına görə, koronavirusdan ölənlərin sayı 2 144 nəfərə çatıb.

Qeyd edilir ki, əyalətdə virusa yoluxanların sayı 62,4 min nəfəri ötüb. Daha 1,4 min xəstə sağalaraq xəstəxanalardan evə buraxılıb. 

Son xəbərlər

Orphus sistemi