Koalisiya qüvvələri Suriyadan çıxır

Koalisiya qüvvələri Suriyadan çıxır Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyadan qüvvələri çıxarmağa başladığını elan edib.
Digər ölkələr
11 Yanvar , 2019 15:46
Koalisiya qüvvələri Suriyadan çıxır
0 : 00
0 : 00

Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyadan qüvvələri çıxarmağa başladığını elan edib.

“Report” “Agence France-Presse”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın İraq və Suriyadakı “Qətiyyətli dəstək” əməliyyat qərargahının nümayəndəsi, ABŞ quru qoşunlarının polkovniki Şon Rayan bildirib.

“Koalisiya Suriyadan çıxmağa başlayıb. Təhlükəsizlik baxımından onun müddəti, qoşunların yerləşdiyi ərazi və marşrutundan danışmırıq”, - deyə nümayəndə bildirib.

CNN telekanalı da Vaşinqtonun Suriyadan hərbi texnikanı çıxarmağa başladığı barədə məlumat yayıb.

Qeyd edək ki, dekabrın 19-da Prezident Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxacağı barədə sənədi imzalayıb. Ötən gün isə Fransanın xarici işlər naziri Jan-İv Le Drian az sayda olan hərbçilərini Suriyadan çıxaracaqlarını vurğulamışdı.

Son xəbərlər

Orphus sistemi