Senator Kirsten Gillibrand ABŞ prezidenti uğrunda yarışdan geri çəkilib

Senator Kirsten Gillibrand ABŞ prezidenti uğrunda yarışdan geri çəkilib Nyu-Yorkdan olan demokrat-senator Kirsten Gillibrand Birləşmiş Ştatlarda 2020-ci ildə keçiriləcək prezident vəzifəsi uğrunda yarışda iştirakını dayandırıb.
Digər ölkələr
29 Avqust , 2019 07:45
Senator Kirsten Gillibrand ABŞ prezidenti uğrunda yarışdan geri çəkilib

Nyu-Yorkdan olan demokrat-senator Kirsten Gillibrand Birləşmiş Ştatlarda 2020-ci ildə keçiriləcək prezident vəzifəsi uğrunda yarışda iştirakını dayandırıb.

"Report" xəbər verir ki, bu barədə demokrat-senator özünün "Twitter"dəki səhifəsində yazıb.

"Bu gün mən prezident kampaniyamı dayandırıram. Öz komandamla və nail olduğumuz hər şeylə fəxr edirəm" - deyə Gillibrand "Twitter"dəki səhifəsində bildirib.

O, öz tərəfdarlarına verdikləri dəstəyə görə təşəkkür edib.

"Tərəfdarlarımıza bütün qəlbimlə təşəkkürlər. Amma indi gəlin Donald Trampa qalib gələk və Senatı özümüzə qaytaraq", - deyə senator əlavə edib. 

Son xəbərlər

Orphus sistemi