KİV: Tramp Polşa səfərini təxirə salıb

KİV: Tramp Polşa səfərini təxirə salıb ABŞ Prezidenti Donald Trampın Polşaya nəzərdə tutulan rəsmi səfəri Florida ştatının sahillərinə doğru yaxınlaşan “Dorian” qasırğasına görə təxirə salınıb.
Digər ölkələr
30 Avqust , 2019 03:14
KİV: Tramp Polşa səfərini təxirə salıb

ABŞ Prezidenti Donald Trampın Polşaya nəzərdə tutulan rəsmi səfəri Florida ştatının sahillərinə doğru yaxınlaşan “Dorian” qasırğasına görə təxirə salınıb.

“Report” un məlumatına görə, bu barədə “Bloomberg” iki məlumatlı mənbəyə istinadən xəbər verib.

Bir mənbəyə görə, Varşavada ABŞ nümayəndə heyətinə rəhbərliyi vitse-prezident Mayk Pens edəcəkdir.

Qeyd olunub ki, qasırğa 2 sentyabr, çərşənbə axşamı günü Florida sahillərinə çatmalıdır.

Xatırladaq ki, D.Tramp Polşaya sentyabrın 1-də Varşavada keçiriləcək İkinci Dünya müharibəsinin başlanmasının 80-ci il dönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün səfər edəcəkdi.

Son xəbərlər

Orphus sistemi