KİV: Husilər Yəmənin sabiq prezidentinin meyitinin verilməsi üçün şərt irəli sürüblər

KİV: Husilər Yəmənin sabiq prezidentinin meyitinin verilməsi üçün şərt irəli sürüblər Bakı. 5 dekabr. REPORT.AZ/ Yəmənin Ansarullah hərəkatı (husilər) ölkənin sabiq prezidenti Əli Abdulla Salehin meyitinin doğmalarına verilməsi üçün şərtlərini irəli sürüblər.
Digər ölkələr
5 Dekabr , 2017 14:10
KİV: Husilər Yəmənin sabiq prezidentinin meyitinin verilməsi üçün şərt irəli sürüblər

Bakı. 5 dekabr. REPORT.AZ/ Yəmənin "Ansarullah" hərəkatı (husilər) ölkənin sabiq prezidenti Əli Abdulla Salehin meyitinin doğmalarına verilməsi üçün şərtlərini irəli sürüblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanın "Xəbər acil" portalı husilərin yalnız Salehin dəfn mərasiminin elan edilməyəcəyi və mərasimin ailə çərçivəsində keçiriləcəyinə razılıq aldıqdan sonra meyiti təhvil verəcəyini bildirib.

Qeyd edək ki, Yəmənin paytaxtı Sanada noyabrın 29-dan etibarən bir müddət əvvəl hökumətə qarşı müttəfiq kimi çıxış edən qüvvələr - husilər ilə Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin tərəfdarları arasında toqquşmalar davam edir.

Son xəbərlər

Orphus sistemi