KİV: ABŞ prezidenti bəzi ölkələrə yardımları dayandırmaq niyyətindədir

KİV: ABŞ prezidenti bəzi ölkələrə yardımları dayandırmaq niyyətindədir ABŞ prezidenti Donald Tramp xarici ölkələrə göstərdikləri yardımların yenidən bölüşdürülməsi, bu zaman lazımi qədər isti münasibətdə olmadıqları ölkələrə yardımı dayandırmaq barədə sənəd hazırladıb.
Digər ölkələr
7 Sentyabr , 2019 10:51
KİV: ABŞ prezidenti bəzi ölkələrə yardımları dayandırmaq niyyətindədir

ABŞ prezidenti Donald Tramp xarici ölkələrə göstərdikləri yardımların yenidən bölüşdürülməsi, bu zaman lazımi qədər isti münasibətdə olmadıqları ölkələrə yardımı dayandırmaq barədə sənəd hazırladıb.

“Report” “Politico”ya istinadən xəbər verir ki, belə bir addımın mühüm səbəbi Rusiya və Çinlə artan geosiyasi rəqabət fonunda yeni müttəfiqlər əldə etmək zərurətidir. 

Nəticədə yardımların siyasi yox, humanitar mülahizələrə görə göstərilməsini nəzərdə tutan ənənəvi prinsipin pozulacağı da qeyd olunur.

Hazırlanan plana görə, ABŞ onların xarici siyasətinə uymayan, əksinə, əks mövqedə olan ölkələrə yardımları dayandırır. Bu addım daha çox bəzi Asiya, Afrika, Latın Amerikası ölkələrinə şamil oluna bilər.

Son xəbərlər

Orphus sistemi