Kanadada koronavirusa yoluxanların sayı 90 mini ötdü

Kanadada koronavirusa yoluxanların sayı 90 mini ötdü Kanadada aşkar olunan koronavirusa yoluxma hallarının sayı 90 mini keçib, 7 mindən çox insan virusun qurbanı olub.
Digər ölkələr
31 May , 2020 10:10
Kanadada koronavirusa yoluxanların sayı 90 mini ötdü

Kanadada aşkar olunan koronavirusa yoluxma hallarının sayı 90 mini keçib, 7 mindən çox insan virusun qurbanı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkəənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində 772 yeni yoluxma halı qeydə alınıb və yoluxanların ümumi sayı 90 190 nəfərə çatıb. Son sutka ərzində 94 ölüm halı qeydə alınıb ki, bununla virus qurbanlarınım toplam sayı 7 073-ə çatıb. Ən çox yoluxma hadisəsi Kvebek (50 651) və Ontario (27 533) vilayətlərində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi