Kabildə partlayış: 5 nəfər ölüb, 11 nəfər yaralanıb

Kabildə partlayış: 5 nəfər ölüb, 11 nəfər yaralanıb Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.
Digər ölkələr
14 İyul , 2020 14:05
Kabildə partlayış: 5 nəfər ölüb, 11 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində uşaqlar və qadınlar daxil olmaqla 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Report” “Tolo News” telekanalına istinadən xəbər verir ki, bunu yerli hakimiyyət nümayəndəsi bildirib.

Hadisə iyulun 14-də səhər saatlarında baş verib. Surobi rayonunun Ceqdalaq kəndində avtomobil mina düzülən yoldan keçərkən partlayış olub.

Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi