İtaliyada pandemiya ilə bağlı vəziyyət gərgin olaraq qalır

İtaliyada pandemiya ilə bağlı vəziyyət gərgin olaraq qalır İtaliyada koronavirus (COVID-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
9 Avqust , 2020 02:42
İtaliyada pandemiya ilə bağlı vəziyyət gərgin olaraq qalır

İtaliyada koronavirus (COVID-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə “Report” “La Repubblica”ya istinadən xəbər verir.

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə 250 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 201 947 nəfər müalicə olunaraq sağalıb, 35 203 nəfər vəfat edib, 12 953 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.

Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkə üzrə 7 212 207 test aparılıb.

Son xəbərlər

Orphus sistemi