İspaniyanın korrupsiyada ittiham olunan keçmiş kralı ölkəni tərk edib

İspaniyanın korrupsiyada ittiham olunan keçmiş kralı ölkəni tərk edib İspaniyanın keçmiş kralı I Xuan Karlos xaricdəki maliyyə hesablarının mənbəyi haqqında korrupsiya araşdırması fonunda ölkədən gedib.
Digər ölkələr
4 Avqust , 2020 00:38
İspaniyanın korrupsiyada ittiham olunan keçmiş kralı ölkəni tərk edib

İspaniyanın keçmiş kralı I Xuan Karlos xaricdəki maliyyə hesablarının mənbəyi haqqında korrupsiya araşdırması fonunda ölkədən gedib.

“Report” xəbər verir ki, bu barədə “El Mundo” qəzeti bildirib.

Nəşr keçmiş hökmdarın hansı ölkəyə getməsi haqqında informasiyaya malik olmadığını xəbər verib. Lakin qəzet Karlosun artıq İspaniya ərazisini tərk etdiyini yazıb.

O, bundan əvvəl İspaniyanı tərk etmək niyyətini rəsmən elan edib.

Daha əvvəl məlum olub ki, İspaniya Prokurorluğu vergi cinayətləri və çirkli pulların yuyulması ittihamı üzrə sabiq kral I Xuan Karlosun işini araşdırır.

Son xəbərlər

Orphus sistemi