IAEA-nın baş direktoru bu gün İran prezidenti ilə görüşəcək

IAEA-nın baş direktoru bu gün İran prezidenti ilə görüşəcək Tərəflər İranın nüvə proqramına dair öhdəliklərə nəzarət mexanizmini müzakirə edəcəklər
Digər ölkələr
17 Yanvar , 2016 03:14
IAEA-nın baş direktoru bu gün İran prezidenti ilə görüşəcək

Bakı. 17 yanvar. REPORT.AZ/ Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) baş direktoru Yukiya Amano İran prezidenti Həsən Ruhani ilə görüşəcək.

"Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, görüş bu gün Tehranda baş tutacaq.

Tərəflər İranın nüvə proqramına dair öhdəliklərə nəzarət mexanizmini müzakirə edəcəklər.

Xatırladaq ki, Y.Amano ötən gün bəyan edib ki, İran 2015-ci ilin iyul ayında əldə edilmiş nüvə razılaşmasına dair bütün tələbləri yerinə yetirib. O deyib: “Bu gün mən Birgə Kompleks Fəaliyyət Planının icrasına başlamaq üçün İranın tələb olunan lazımi hazırlıq mərhələlərini artıq başa çatdırdığını təsdiqləyən hesabatı ictimaiyyətə açıqladım”. 

Son xəbərlər

Orphus sistemi