İraqda partlayış törədilib, onlarla insan xəsarət alıb

İraqda partlayış törədilib, onlarla insan xəsarət alıb İraqda partlayış nəticəsində onlarla insan xəsarət alıb.
Digər ölkələr
24 Avqust , 2019 00:54
İraqda partlayış törədilib, onlarla insan xəsarət alıb

İraqda partlayış nəticəsində onlarla insan xəsarət alıb.

Bu barədə "Report" "İhlas" xəbər agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Babil ərazisində baş verib. Əl-Müseyib bazarında bomba yüklənmiş motosiklet partladılıb. Nəticədə 28 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi