Honkonqda təhlükəsizlik haqqında qanun qüvvəyə mindi

Honkonqda təhlükəsizlik haqqında qanun qüvvəyə mindi Çin Xalq Respublikasının sədri Si Cinpinq daha əvvəl Milli Xalq Konqresi (parlamenti) tərəfindən qəbul edilmiş Honkonqda milli təhlükəsizliyin təmin olunması qanununu imzalayıb.
Digər ölkələr
30 İyun , 2020 16:14
Honkonqda təhlükəsizlik haqqında qanun qüvvəyə mindi

Çin Xalq Respublikasının sədri Si Cinpinq daha əvvəl Milli Xalq Konqresi (parlamenti) tərəfindən qəbul edilmiş Honkonqda milli təhlükəsizliyin təmin olunması qanununu imzalayıb.

“Report” AA-ya istinadən xəbər verir ki, yekdilliklə qəbul edilmiş qanun bu gündən qüvvəyə minir.

Qeyd edək ki, Çin hökuməti xüsusi inzibati bölgə statusuna malik Honkonqda yerli parlamentin belə bir qanunu qəbul etmək səlahiyyətinə malik olmadığı qənaətinə gəlmişdi. Ona görə də sənəd Çin parlamentinin gündəminə salınaraq qəbul edilib.

Xatırladaq ki, ötən ilin iyun ayının 9-dan etibarən Honkonqda ekstradisiya haqqında qanun layihəsinin müzakirəsinə qarşı kütləvi etirazlar başlamışdı. Oktyabr ayının 23-də həmin layihə geri götürüldü. Sonralar Çinin Dövlət himninə hörmətsizliyə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin də yerli qanunverici məclisində müzakirəsi kütləvi etirazlara səbəb oldu, bu etirazlar açıq şəkildə Çinə qarşı yönəldi.

Son xəbərlər

Orphus sistemi