Hindistanda yeddigünlük matəm elan edilib

Hindistanda yeddigünlük matəm elan edilib Hindistanın sabiq prezidenti, 85 yaşlı Pranab Mukercinin vəfatı ilə əlaqədar ölkədə yeddigünlük matəm elan edilib.
Digər ölkələr
31 Avqust , 2020 23:40
Hindistanda yeddigünlük matəm elan edilib
Pranab Mukerci
0 : 00
0 : 00

Hindistanın sabiq prezidenti, 85 yaşlı Pranab Mukercinin vəfatı ilə əlaqədar ölkədə yeddigünlük matəm elan edilib.

“Report” "TASS"-a istinadən xəbər verir ki, bu barədə məlumat Hindistan hökumətinin saytında yer alıb.

Məlumatda bildirilir ki, avqustun 31-dən sentyabrın 6-dək Hindistan ərazisində matəm elan edilir. Bütün binalarda Hindistanın dövlət bayrağı endiriləcək və rəsmi tədbirlərin hamısı təxirə salınacaq.

Daha əvvəl Hindistan Respublikasının prezidenti Ram Nat Kovind və Pranab Mukercinin oğlu Abxicit Mukerci “Twitter” hesablarında siyasətçinin vəfatı barədə məlumat veriblər. Pranab Mukerci Nyu-Dehlidə hərbi hospitalda vəfat edib. O, avqustun 10-da trombun çıxarılması üçün əməliyyat olunub. Bundan başqa, sabiq prezidentdə koronavirus aşkarlanmışdı.

Son xəbərlər

Orphus sistemi