Hindistanda koronavirusa yoluxanların sayı 880 minə çatır

Hindistanda koronavirusa yoluxanların sayı 880 minə çatır Hindistanda son gündə 28 701 nəfər yeni növ koronavirusa yoluxub
Digər ölkələr
13 İyul , 2020 11:08
Hindistanda koronavirusa yoluxanların sayı 880 minə çatır

Hindistanda son gündə 28 701 nəfər yeni növ koronavirusa yoluxub. Bu, pandemiyanın başlamasından bəri gündəlik artımda rekorddur.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, ölkədə hazırda ümumilikdə 878 254 yoluxma hadisəsi qeydə alınıb. Son gündə həmçinin 500-dən çox xəstə ölüb və pandemiyanın başlanğıcından bu yana COVID-19 qurbanlarının sayı 23 174 nəfərə çatıb.

Hazırda respublikanın xəstəxanalarında 301 609 pasiyent müalicə alır, 553 471 nəfər isə sağalaraq evə buraxılıb.

Səlahiyyətli şəxslər bu həftənin sonuna qədər yoluxma sayının 1 milyonu keçəcəyini güman edir.

Son xəbərlər

Orphus sistemi