Hindistanda güclü daşqın nəticəsində 59 nəfər ölüb

Hindistanda güclü daşqın nəticəsində 59 nəfər ölüb 1 636 kənd və qəsəbə su altında qalıb
Digər ölkələr
4 İyul , 2020 12:21
Hindistanda güclü daşqın nəticəsində 59 nəfər ölüb

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında güclü musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində son bir həftə ərzində azı 59 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, Brahmaputra çayında və onun qollarında suyun səviyyəsi kritik səviyyədən də yuxarı qalxıb. Təbii fəlakət ştatın 27 dairəsində 20-nə bu və ya digər dərəcədə ziyan vurub. 1,3 milyondan çox insan fəlakət zonasındadır. 1 636 kənd və qəsəbə su altında qalıb.

Ştat hökuməti 150-dən çox müvəqqəti düşərgə qurub. Telekanal qeyd edir ki, təbii fəlakətdən əziyyət çəkənlərə düyü, dənli bitkilər, ilkin zərurət malları paylanır.

Son xəbərlər

Orphus sistemi