Hindistanda elektron vizaların xərci aşağı salınıb

Hindistanda elektron vizaların xərci aşağı salınıb Hindistan hökuməti turistlər üçün elektron vizaların qiymətini ikiqat endirib.
Digər ölkələr
2 Sentyabr , 2019 18:53
Hindistanda elektron vizaların xərci aşağı salınıb

Hindistan hökuməti turistlər üçün elektron vizaların qiymətini ikiqat endirib.

“Report” hökumət portalına istinadən xəbər verir ki, aprel-iyun dövrü üçün 30 günlük vizanın qiyməti bundan belə 10 dollar, iyul-mart dövrü üçün isə 25 dollardır. İllik vizanın rəsmiləşdirilməsi 40 dollara, beşillik vizanınkı isə 80 dollara başa gələcək.

Qeyd edk ki, 30 günlük turist vizası ilə Hindistana iki dəfə, illik və beşillik viza ilə hərəsi 90 günədək müddətdə olmaq şərtilə istənilən sayda səfər etmək olar.

Xatırladaq ki, 2017-ci ildə Hindistanda Azərbaycan vətəndaşları üçün yeni qaydalar tətbiq olunub. Belə ki, həmin ölkəyə istirahət, ezamiyyət, maraqlı yerlərə baxmaq, tanışlarla və yaxud qohumlarla görüşmək, qəsamüddətli müalicə məqsədilə gələn Azərbaycan vətəndaşları vizanı elektron qaydada əldə edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi