Gürcüstanda neft bazasında yanğın olub

Gürcüstanda neft bazasında yanğın olub Gürcüstanın Samtredia rayonunda yerləşən neft bazasında yanğın baş verib.
Digər ölkələr
4 Sentyabr , 2019 09:17
Gürcüstanda neft bazasında yanğın olub

Gürcüstanın Samtredia rayonunda yerləşən neft bazasında yanğın baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ötən gecə qeydə alınan yanğının söndürülməsinə İmereti və Sameqrelo rayonlarından 14 xilasetmə qrupu və 70 yanğınsöndürən cəlb olunub.

Hazırda yanğın lokallaşdırılıb və onun tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb. 

Son xəbərlər

Orphus sistemi