Fransada COVID-19-dan ölənlərin sayı 30 minə çatır

Fransada COVID-19-dan ölənlərin sayı 30 minə çatır Fransada koronavirus qurbanlarının sayı 29,8 min nəfəri ötüb.
Digər ölkələr
30 İyun , 2020 22:40
Fransada COVID-19-dan ölənlərin sayı 30 minə çatır

Fransada koronavirus qurbanlarının sayı 29,8 min nəfəri ötüb.

"Report"un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, hazırda xəstəxanalarda 8,5 mindən çox insan müalicə edilir.

"Fransada epidemiyanın başlanğıcından 29 843 insan öldü. Onlardan 19 346-sı xəstəxanalarda, 10 497 nəfər sosial və tibbi-sosial müəssisələrdə vəfat edib”, - rəsmi məlumatda deyilir.

Məlumata görə, hazırda xəstəxanalarda 8 536 koronavirus xəstəsinin müalicəsi davam etdirilir. Son gün ərzində xəstəxanalara daha 152 nəfər yerləşdirilib.

Qeyd edilir ki, ölkə xəstəxanalarının reanimasiya şöbələrində 602 xəstə müalicə edilir.

Epidemiyanın başlanğıcından Fransada 104,6 min insan COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onların 18 mindən çoxu reanimasiyada müalicə olunub.

Məlumata görə, pandemiya ərzində virusa yoluxmuş 76,2 mindən çox insan sağalaraq evə buraxılıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi