Fransada bir gündə 1,7 minə yaxın yoluxma qeydə alınıb

Fransada bir gündə 1,7 minə yaxın yoluxma qeydə alınıb Fransada koronavirusa yoluxanların sayı son günlər yenidən artmaqdadır.
Digər ölkələr
6 Avqust , 2020 05:37
Fransada bir gündə 1,7 minə yaxın yoluxma qeydə alınıb

Fransada koronavirusa yoluxanların sayı son günlər yenidən artmaqdadır.

“Report” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ötən gün 1 695 nəfərdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Bununla da, epidemiya başlayandan ölkədə koronavirusa yoluxanların 194 029 nəfərə çatıb.

Bildirilib ki, son sutka ərzində koronavirusdan 9 ölüm faktı qeydə alınıb.

Beləliklə Fransada 30 305 nəfər COVID-19 epidemiyasından dünyasını dəyişib.

Xəstəxanalarda isə hələ də 5 148 pasiyent müalicə alır.

Son xəbərlər

Orphus sistemi