Fransa prezidenti hücum edilmiş jurnalın redaksiyasına gəlib

Fransa prezidenti hücum edilmiş jurnalın redaksiyasına gəlib Ən yaxın zamanda hökumətin təcili iclasının keçiriləcəyi gözlənilir
Digər ölkələr
7 Yanvar , 2015 16:26
Fransa prezidenti hücum edilmiş jurnalın redaksiyasına gəlib

Bakı. 7 yanvar. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland "Charlie Hebdo" satirik jurnalının redaksiyasına, atışma yerinə gəlib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Yelisey sarayının bəyanatında deyilir ki, ən yaxın zamanda hökumətin təcili iclasının keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, bu gün A K-47 avtomatları ilə silahlanmış 3 maskalı şəxs Parisdə nəşr olunan "Charlie Hebdo" satirik jurnalının redaksiyasına daxil olub və atəş açıblar. Son məlumatlara görə, atışma nəticəsində ikisi polis zabiti olmaqla 11 nəfər ölüb, daha 10 nəfər yaralanıb. 

Xatırladaq ki, 2012-ci ildə jurnal Məhəmməd peyğəmbərin (s.a.s.) karikaturasını dərc edib və bu da müsəlmanların etirazına səbəb olub.

Son xəbərlər

Orphus sistemi