Fici sahillərində 6,7 maqnituda gücündə zəlzələ olub

Fici sahillərində 6,7 maqnituda gücündə zəlzələ olub Ficinin cənub-şərqində Ono-i-Lau adası sahillərində 6,7 maqnituda gücündə zəlzələ olub.
Digər ölkələr
2 Sentyabr , 2019 07:44
Fici sahillərində 6,7 maqnituda gücündə zəlzələ olub

Ficinin cənub-şərqində Ono-i-Lau adası sahillərində 6,7 maqnituda gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Dövlət Seysmoloji Xidmətinə istinadən TASS məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri adanın şimal sahilində yerləşən Nukuni qəsəbəsindən təqribən 100 km aralıda qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur, sunami təhlükəsi elan olunmayıb.

Son xəbərlər

Orphus sistemi