“Facebook”da siyasi reklamlar qadağan edilə bilər

“Facebook”da siyasi reklamlar qadağan edilə bilər “Facebook” şirkətinin rəhbərliyi cari ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi sosial mediada siyasi reklamın qadağan edilməsini nəzərdən keçirir.
Digər ölkələr
11 İyul , 2020 01:45
“Facebook”da siyasi reklamlar qadağan edilə bilər

“Facebook” şirkətinin rəhbərliyi cari ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi sosial mediada siyasi reklamın qadağan edilməsini nəzərdən keçirir.

“Report”un məlumatına görə, bu barədə “Bloomberg” mənbələrinə istinadən xəbər verir.

Agentlik qeyd edib ki, mümkün qadağa hələ də müzakirə olunur.

Bununla yanaşı, şirkət rəhbərliyi reklam qadağasının seçki kampaniyalarına mənfi təsir göstərə biləcəyinə və ya namizədlərin son xəbərlərə, eyni zamanda yeni məlumatlara cavab vermək imkanlarını məhdudlaşdıra biləcəyindən narahatdır.

Son xəbərlər

Orphus sistemi