Ərdoğanla Tramp arasında telefon danışığı olub

Ərdoğanla Tramp arasında telefon danışığı olub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.
Digər ölkələr
27 Avqust , 2020 04:29
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Rəcəb Tayyib Ərdoğan və Donald Tramp
0 : 00
0 : 00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib.

Məlumata görə, dövlət başçıları ikitərəfli əlaqələri müzakirə ediblər. Telefon danışığında həmçinin regionda baş verən hadisələr, Şərqi Aralıq dənizindəki böhran müzakirə edilib.

Söhbət əsnasında Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizindəki vəziyyəti gərginləşdirməkdə maraqlı tərəf olmadığını qeyd edib.

Qeyd edək ki, Türkiyənin Aralıq dənizinə göndərdiyi “Oruc Rəis” seysmik tədqiqat gəmisi üçün “Navteks” elan etməsi Yunanıstanda sərt reaksiya ilə qarşılanıb.

Son xəbərlər

Orphus sistemi