Ərdoğan Trampla Suriyanın şimalında yaranmış vəziyyəti müzakirə edəcək

Ərdoğan Trampla Suriyanın şimalında yaranmış vəziyyəti müzakirə edəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, ABŞ prezidenti Donald Trampla Suriyanın şimalında yaranmış vəziyyəti müzakirə edəcək.
Digər ölkələr
23 Avqust , 2019 21:46
Ərdoğan Trampla Suriyanın şimalında yaranmış vəziyyəti müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, ABŞ prezidenti Donald Trampla Suriyanın şimalında yaranmış vəziyyəti müzakirə edəcək.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Qeyd edilir ki, Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının yaradılmasının 18 illiyi ilə bağlı mərasimdə Donald Trampla telefon danışığının olacağı anonsunu verib.

Dövlət başçısı deyib ki, o, Suriyanın şimalında, Türkiyə ilə sərhəd boyu "sülh zonası" yaratmaq niyyətindədir.

Qeyd edək ki, həmin ərazidə hökumət qüvvələrinin hücumu davam edir. 

Son xəbərlər

Orphus sistemi