Ərdoğan: "Təəssüf ki, baş vermiş terror aktında şəhidlərimiz və yaralılarımız var"

Ərdoğan: "Təəssüf ki, baş vermiş terror aktında şəhidlərimiz və yaralılarımız var" Dövlət başçısı: "İstanbuldakı partlayışda şəhid olanlara rəhmət, yaralılara şəfa diləyirəm"
Digər ölkələr
11 Dekabr , 2016 02:50
Ərdoğan: Təəssüf ki, baş vermiş terror aktında şəhidlərimiz və yaralılarımız var

Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində baş vermiş partlayışla bağlı açıqlama verib.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, dövlət başçısı İstanbulda baş vermiş partlayışları terror aktı adlandırıb. "Bu gecə Beşikdaşda təhlükəsizlik qüvvələrimizə və vətəndaşlarımıza qarşı terror hücumu baş verdi. Göründüyü kimi, partlayışın hədəfi mümkün qədər çox insan itkisi idi. Təəssüf ki, şəhidlərimiz və yaralılarımız var. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza Rəbbimdən şəfalar diləyirəm" – deyə bildirib.

Prezident qeyd edib ki, Türkiyə xalqı ötən gecə bir daha terrorun ən çirkin halına şahid olub. Türkiyə nə vaxt gələcəyə yönəlik addım atsa, terror qurumları buna qan, vəhşət və xaosla cavab verməyə çalışır. PKK, İŞİD, FETÖ terror qurumları eyni məqsədlə Türkiyəyə və türk xalqına hücum etməkdədir.

O, qeyd edib ki, Türkiyə terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək və onları təqim etməyi heç vaxt dayandırmayacaq.  

Son xəbərlər

Orphus sistemi