Əlcəzair sahillərində miqrantları daşıyan gəmi batıb

Əlcəzair sahillərində miqrantları daşıyan gəmi batıb Bakı. 9 fevral. REPORT.AZ/ Göyərtəsində 18 qeyri-leqal miqrantın olduğu kiçik gəmi Aralıq dənizinin Əlcəzair Oran şəhəri sahillərində batıb. Nəticədə iki nəfər ölüb.
Digər ölkələr
9 Fevral , 2019 23:57
Əlcəzair sahillərində miqrantları daşıyan gəmi batıb

Bakı. 9 fevral. REPORT.AZ/ Göyərtəsində 18 qeyri-leqal miqrantın olduğu kiçik gəmi Aralıq dənizinin Əlcəzair Oran şəhəri sahillərində batıb. Nəticədə iki nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli APS agentliyi məlumat yayıb.

"Gəminin göyərtəsində olan 18 nəfərdən 13-ü sahil mühafizəsi tərəfindən xilas edilib, onlardan 11 nəfəri əcnəbidir, ikisi Əlcəzair vətəndaşı…Həmçinin iki kişinin meyiti aşkar edilib", - deyə xilasetmə xidmətindən bildirilib.

Hazırda 3 nəfər itkin düşmüş hesab olunur, onların axtarışları davam edir.

Daha əvvəl Cibuti sahillərində miqrantları daşıyan iki qayığın çevrilməsi nəticəsində 5 nəfər ölüb, 130-dan çox insan itkin düşüb.

Son xəbərlər

Orphus sistemi