Ekvador prezidenti ölkə həbsxanalarında fövqəladə vəziyyət elan etdi

Ekvador prezidenti ölkə həbsxanalarında fövqəladə vəziyyət elan etdi EkvadorPrezidentiLenin Moreno ölkəhəbsxanalarında fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
Digər ölkələr
12 Avqust , 2020 05:17
Ekvador prezidenti ölkə həbsxanalarında fövqəladə vəziyyət elan etdi
0 : 00
0 : 00

 Ekvador prezidenti Lenin Moreno ölkə həbsxanalarında fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.

"Report" xəbər verir ki, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Ciddi hadisələr səbəbindən ölkə həbsxanalarında fövqəladə vəziyyət elan etdim ki, ölkənin silahlı qüvvələri mafiyalara nəzarəti ələ alsınlar. Bütün cəbhələrdə cinayətkarlara qarşı mübarizəmizi davam etdiririk" - Moreno bildirib.

Ötən həftə ölkənin həbsxanalarından birində baş verən ixtişaşlarda ən az 11 nəfər ölüb. Polis əməkdaşları da daxil olmaqla daha 15 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi