Ekvador 5 neft-qaz yataqlarını satışa çıxarıb

Ekvador 5 neft-qaz yataqlarını satışa çıxarıb Bakı. 14 mart. REPORT.AZ/ Ekvador 800 milyon dollar sərmayə cəlb etmək üçün xarici şirkətlərin satışına 4 neft və 1 qaz yatağını çıxarıb.
Digər ölkələr
14 Mart , 2018 05:39
Ekvador 5 neft-qaz yataqlarını satışa çıxarıb

Bakı. 14 mart. REPORT.AZ/ Ekvador 800 milyon dollar sərmayə cəlb etmək üçün xarici şirkətlərin satışına 4 neft və 1 qaz yatağını çıxarıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Petroamazonas" şirkəti məlumat yayıb.

Söhbət "Quyabeno Sansauri", "Oso", "Yuralpa", "Vlanka Vinita" və "Amistad" layihələrindən gedir. Xidmət müqavilələrinin 10 illik müddətinə imzalanacağı planlaşdırılır.

Müqavilələrə görə ödənişlər neftin dünya bazarındakı qiyməti ilə bağlı olacaq.

Alqı-satqıya iyunda yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi