Ekspert: "ABŞ güclü Türkiyə ilə tərəfdaş olmaq istəmir"

Ekspert: "ABŞ güclü Türkiyə ilə tərəfdaş olmaq istəmir" Bakı. 9 mart. REPORT.AZ/ ABŞ Suriyadakı terror qruplaşmalarını silahlandıraraq və maliyyələşdirərək hədəfə Türkiyəni qoymur.
Digər ölkələr
9 Mart , 2018 12:49
Ekspert: ABŞ güclü Türkiyə ilə tərəfdaş olmaq istəmir

Bakı. 9 mart. REPORT.AZ/ "ABŞ Suriyadakı terror qruplaşmalarını silahlandıraraq və maliyyələşdirərək hədəfə Türkiyəni qoymur".

"Report" xəbər verir ki, bu barədə Yaxın Şərqdəki münaqişələrin KİV-də işıqlandırılması məsələsini müzakirə edərkən politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, Türkiyənin Afrinə qoşun yeritməsinin əsas səbəblərindən biri ABŞ Prezidenti Donald Trampın Türkiyə ilə sərhəddə YPG/PYD və PKK silahlılarından ibarət ordu yaratmağa qərar verməsidir.

Onun fikrincə, ABŞ-ın strateji tərəfdaş kimi güclü Türkiyə görmək istəməməsinə baxmayaraq, bu qərarın onlara qarşı yönəldildiyi iddia etmək olmaz: "ABŞ "kürd ordusu"nu İrana qarşı qoymağa çalışır."

Son xəbərlər

Orphus sistemi