Əhalinin dolanışığına görə ən bahalı şəhərlər açıqlanıb

Əhalinin dolanışığına görə ən bahalı şəhərlər açıqlanıb Dünyanın dolanışıq sarıdan ən bahalı şəhəri Sinqapurdur.
Digər ölkələr
19 Mart , 2019 12:50
Əhalinin dolanışığına görə ən bahalı şəhərlər açıqlanıb
0 : 00
0 : 00

Dünyanın dolanışıq sarıdan ən bahalı şəhəri Sinqapurdur.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, “Economist İntelligence Unit” dərgisinin tərtib etdiyi reytinqə görə, “Asiyanın aslan şəhəri” adı ilə tanınan Sinqapuru ikinci, üçüncü yerdə olan  Paris və Honkonq izləyir.

Belə ki, yaşayış məsrəfləri, səyahətə və iş üçün gələnlərin mənzil xərcləri əsasında hesablanan Worldwide Cost of Living (dünyada yaşayışın qiyməti) siyahısında dalbadal beşinci dəfədir yuxarı pillədəki yerini qoruyan Sinqapur ilə Paris və Honkonq eyni (107) indeksə malikdir. 

Dördüncü yerdə Sürix qərarlaşdığı halda, beşinci-altıncı yerləri CenevrəOsaka, 7-8-9-cu yerləri Seul, Kopenhagen, Nyu-York, 10-11-ci yerləri isə Təl-ƏvivLos-Anceles bölüşür. 

Son xəbərlər

Orphus sistemi