Əfqanıstanda törədilən partlayışda ölənlərin sayı 16-ya, yaralıların sayı 100 nəfərə çatıb - FOTO - YENİLƏNİB

Əfqanıstanda törədilən partlayışda ölənlərin sayı 16-ya, yaralıların sayı 100 nəfərə çatıb - FOTO - YENİLƏNİB Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışda ölənlərin sayı 16-ya çatıb.
Digər ölkələr
3 Sentyabr , 2019 08:02
Əfqanıstanda törədilən partlayışda ölənlərin sayı 16-ya, yaralıların sayı 100 nəfərə çatıb - FOTO - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışda ölənlərin sayı 16-ya çatıb.

"Report" TASS-a istinadən bu barədə AFP məlumat yayıb.

Məlumata görə, hadisə zamanı təxminən 100 nəfər yaralanıb. Qeyd edilir ki, partlayış yaşayış kvartalı, hökumət və diplomatik missiyaların binalarının yaxınlığında baş verib. Belə ki, partlayıcı maddə ilə dolu avtomobil partladılıb. 

Hücuma görə məsuliyyəti "Taliban" hərəkatı üzərinə götürüb


***23:48

Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən partlayışda onlarla insan xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Tolonews" məlumat yayıb.

Qeyd edilir ki, hadisə hökumət və diplomatik missiyaların binalarının yaxınlığında baş verib. Partlayıcı maddə ilə dolu avtomobilin partladılması nəticəsində 5 nəfər həlak olub, daha 74 nəfər yaralanıb.

Hadisə zamanı yaxınlıqda olan yanacaq dolu sisternlər də yanmağa başlayıb. Nəticədə bir neçə evə zərər dəyib.

Hücuma görə məsuliyyəti "Taliban" hərəkatı üzərinə götürüb. Telekanal bildirib ki, hadisədən sonra ərazidə atışma səsləri eşidilib. 

Son xəbərlər

Orphus sistemi