Əfqanıstanda sutka ərzində 15 yaraqlı məhv edilib

Əfqanıstanda sutka ərzində 15 yaraqlı məhv edilib Əməliyyatlar Nanqarhar, Kunduz, Sari Pul, Loqar və Qəznə vilayətlərində keçirilib
Digər ölkələr
28 Dekabr , 2015 15:18
Əfqanıstanda sutka ərzində 15 yaraqlı məhv edilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Əfqan təhlükəsizlik qüvvələri son sutka ərzində keçirdikləri xüsusi antiterror əməliyyatları çərçivəsində 15 yaraqlını məhv edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər ki, ölkənin Daxili İşlər Nazirliyinin saytı əməliyyatların Nanqarhar, Kunduz, Sari Pul, Loqar və Qəznə vilayətlərində keçirildiyini məlumat verib.

Antiterror əməliyyatlarını polis əməkdaşları Əfqanıstan milli ordusu və Milli Təhlükəsizlik Direktoratlığının əsgərləri ilə birlikdə keçirib. Xüsusi əməliyyat zamanı həmçinin silah-sursat da ələ keçirilib.

Son xəbərlər

Orphus sistemi