Dünyada koronavirusdan ölənlərin sayı 20 min nəfəri ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 20 min nəfəri ötdü Dünyada koronavirusa yoluxanların sayı 462 684 nəfərə çatıb.
Digər ölkələr
26 Mart , 2020 23:48
Dünyada koronavirusdan ölənlərin sayı 20 min nəfəri ötdü
0 : 00
0 : 00

Dünyada koronavirusa yoluxanların sayı 462 684 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilir.

Təşkilatın məlumatına görə, dünyada 20 834 nəfər COVID-19 virusunun qurbanı olub. Bildirilir ki, pandemiya 199 ölkədə və bölgədə aşkarlanıb. 

Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi