Donald Tramp: "Texasdakı hadisə silah gəzdirməyə icazənin yenidən nəzərdən keçirilməsini tələb etmir"

Donald Tramp: "Texasdakı hadisə silah gəzdirməyə icazənin yenidən nəzərdən keçirilməsini tələb etmir" "Xoşbəxtlikdən başqasında da silah olub və o, əks istiqamətdə atəş açıb, yoxsa vəziyyət daha pis olardı"
Digər ölkələr
6 Noyabr , 2017 12:52
Donald Tramp: Texasdakı hadisə silah gəzdirməyə icazənin yenidən nəzərdən keçirilməsini tələb etmir
USA Today

Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Texasda baş verən atışma hadisəsinin ölkədə silah gəzdirməklə bağlı vəziyyətin dərhal nəzərdən keçirilməsinə ehtiyac yaratdığını düşünmür.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə Tokioda ABŞ-Yaponiya sammitinin yekunu olaraq keçirilən mətbuat konfransında bildirib.

"Bu, silahlarla bağlı vəziyyətdir, ona baxacağıq, ancaq qərarı yenidən nəzərdən keçirmək üçün hələ bir az tezdir", - D.Tramp deyib.

"Xoşbəxtlikdən başqasında da silah olub və o, əks istiqamətdə atəş açıb, yoxsa vəziyyət daha pis olardı", - prezident əlavə edib.

D.Trampın sözlərinə görə, hücum edən şəxsin ən yüksək səviyyədə psixi sağlamlıq problemləri olub.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-ın Sazerlend-Sprinqs şəhərində baptist kilsəsi yaxınlığında kişi yoldan keçənləri atəşə tutub, 26 nəfər həlak olub, təqribən 20 nəfər yaralanıb. Hücum edən şəxs avtomatik tüfənglə silahlanmış vəziyyətdə olub. Şübhəli şəxs ölü halda tapılıb. Məlumata görə, onun ətrafından kimsə atəş açıb.

Son xəbərlər

Orphus sistemi