Dəməşqin atəşə tutulması nəticəsində 35 nəfər ölüb

Dəməşqin atəşə tutulması nəticəsində 35 nəfər ölüb Daha 32 dinc sakin yaralanıb
Digər ölkələr
21 Mart , 2018 05:30
Dəməşqin atəşə tutulması nəticəsində 35 nəfər ölüb

Bakı. 21 mart. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq dairəsinin Caraman rayonu ərazisində yerləşən bazar terrorçular tərəfindən atəşə tutulub. Nəticədə 35 dinc sakin ölüb, daha 32-si yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Dəməşqin dövlət xəstəxanasının direktoru doktor Haysam əl-Hüseyni deyib.

"Carmanda Kaşkul rayonundakı bazarın terrorçular tərəfindən raket atəşinə tutulması nəticəsində xəstəxanaya 35 meyit gətirilib", - deyə Əl-Hüseyni bildirib. 

Son xəbərlər

Orphus sistemi