Çində qızıl qaçaqmalçılığına görə 16 nəfər saxlanıldı

Çində qızıl qaçaqmalçılığına görə 16 nəfər saxlanıldı Çinin gömrük xidmətinin əməkdaşları ölkənin şərqindəki Futszyan əyalətində 820 milyon yuan (116 milyon ABŞ dolları) dəyərində qızıl qaçaqmalçılığına görə 16 nəfəri saxlayıb.
Digər ölkələr
11 May , 2020 12:24
Çində qızıl qaçaqmalçılığına görə 16 nəfər saxlanıldı

Çinin gömrük xidmətinin əməkdaşları ölkənin şərqindəki Futszyan əyalətində 820 milyon yuan (116 milyon ABŞ dolları) dəyərində qızıl qaçaqmalçılığına görə 16 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Belə ki, 2017-ci ilin fevral ayından bəri qaçaqmalçılıq qrupunun üzvləri daxili bazarda üç tona qədər qızıl və qızıl məmulatları satın alıblar. Bundan sonra onlar aldıqları malları audiodekoderlərin detallarında gizlədərək qanunsuz yolla Honkonqa keçirib və orada qızılı yerli şirkətlərə satıblar.

Saxlanılanlar həmçinin ixrac rüsumunun geri qaytarılması sxemləri üzrə təxminən 120 milyon yuan (təqribən 16,9 milyon ABŞ dolları) pul əldə etməkdə şübhəli bilinirlər.

Son xəbərlər

Orphus sistemi