Çilinin daxili işlər naziri Prezident sarayında yıxılaraq əlini sındırıb

Çilinin daxili işlər naziri Prezident sarayında yıxılaraq əlini sındırıb Bakı. 28 noyabr. REPORT.AZ/ Çilinin daxili işlər naziri Andres Çadvik paytaxt Santyaqodakı La Moleda Prezident sarayında yıxılaraq əlini sındırıb və ayağında bağlar dartılıb.
Digər ölkələr
28 Noyabr , 2018 11:05
Çilinin daxili işlər naziri Prezident sarayında yıxılaraq əlini sındırıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Çilinin daxili işlər naziri Andres Çadvik paytaxt Santyaqodakı "La Moleda" Prezident sarayında yıxılaraq əlini sındırıb və ayağında bağlar dartılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Tercera" nəşri məlumat verib.

Qəzetin yazdığına görə, A.Çadvik yıxılandan sonra işini davam etdirməyə qərar verib, ancaq sonradan nazirin ətrafındakılar onun həkim müayinəsindən keçməsini tələb ediblər.

Xəstəxanada nazirə sağ əldə sınıq, sol əlində mikroçat, topuqda bağ dartılması və çox sayda xəsarət diaqnozu qoyulub. Onun hər iki əlinə bandaj qoyulub.

Hazırda mümkün əməliyyat məsələsi həll olunur.

Son xəbərlər

Orphus sistemi